AZƏRBAYCANDA YƏHUDİLİK
AZƏRBAYCANDA PRAVOSLAVLIQ
AZƏRBAYCANDA KATOLİKLİK
AZƏRBAYCANDA İSLAM
AZƏRBAYCANDA PRAVOSLAVLIQ
AZƏRBAYCANDA KATOLİKLİK
Tolerantlığın fəal şəkildə dəstəklənməsi ulu öndər Heydər Əliyevin siyasi strategiyasının əsas aspektlərindən birini təşkil edirdi. Ümummilli lider hesab edirdi ki, mədəniyyətlərin müxtəlifliyinə hörmət ölkədə sabitliyin, birliyin və tərəqqinin təmin edilməsində əsas amillərdən biridir və bəyan edirdi: "Azərbaycanda bütün millətlərin, bütün dinlərin bərabər hüquqla yaşaması üçün bütün şərait yaradılacaqdır". Azərbaycanda harmonik sosial-mədəni məkan yaratmağa çalışan Heydər Əliyev multikulturallığın əsas şərtlərindən olan tolerantlıq ideyasını dəstəkləyirdi. Tolerantlıq prinsipi onun siyasətinin əsas elementinə çevrilmişdi. Buraya təkcə müxtəlifliyin rəsmi tanınması deyil, həm də müxtəlif etnik qrupların mədəniyyətlərinə, dillərinə və adətlərinə fəal dəstək və hörmət daxil idi.
16 noyabr - Beynəlxalq Tolerantlıq Günü kimi regionda ilk dəfə Azərbaycanda qeyd edilmişdir. 1999-cu ildə bu əlamətdar gündə ölkəmizdəki dini konfessiyaların başçıları ilə görüş keçirilməsi də məhz ümummilli liderimizin təşəbbüsü və göstərişi ilə olmuşdur. O bu təşəbbüsü ilə həm tolerantlıq prinsiplərinə münasibətini bir daha nümayiş etdirmiş, həm də gələcəkdə mütərəqqi ənənənin yaranması üçün zəmin hazırlamışdır. Bu dəyərli ənənə davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə fəaliyyət göstərən konfessiyaların dini bayramlarında və əlamətdar günlərində ayrı-seçkilik qoymadan müsəlmanlara, xristianlara və yəhudilərə təbriklə müraciət edir, dini və milli bayramlarda insanlar arasında olur, tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icrasına nəzarət edir.